Tacikistan prezidenti İmomali Rahmon oğlu Rustam Rahmonu Düşənbə şəhərinin meri təyin edib.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, mer funksiyalarını icra edən Məhməsəid Ubaydullayev isə Tacikistan parlamentinin üst palatasının sədri təyin olunub.
Rustam Rahmon bundan öncə ölkənin Korrupsiya ilə Mübarizə Milli Agentliyinin sədri olub.
Qeyd edək ki, ötən il prezident öz qızı Ozodə Rahmonu Tacikistan dövlət başçısı administrasiyasının rəhbəri təyin edib.