Dünyanın ən kasıb ölkələrindən olan Zimbabvedə təxminən 1 milyon dollar dəyərində qızıl daşıyan təyyarə qəzaya düşüb.
Unikal.org-un "Milliyetə istinadən verdiyi məlumata görə, təyyarə Bulavayo şəhərindən paytaxt Harareyə uçurmuş. Bu barədə polis sözçüsü Çariti Çaramba bildirib.
Onun sözlərinə görə, təyyarənin göyərtəsində olan iki nəfər və qızıllar xilas olunub.