"Sifətimizə tüpürüb, gəldi konsert verdi və getdi

Bu fikirləri Unikal.org-a "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, əməkdar artist Tahir İmanov deyib. O qeyd edib ki, Soso Pavliaşvili Bakıya gələndə onun etirazını müsahibə verdiyi sayt tam olaraq işıqlandırmadı: "Təəssüflər olsun ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşı Tahir İmanov öz mövqeyini bildirəndə heç kim əhəmiyyət vermir. Keçən ilin payızında Soso Pavliaşvili bura gələn zaman mən öz vətəndaşlıq mövqeyimi bildirdim. "Sputnik Azərbaycan"a müsahibəmdə etirazımı bildirdim. Ancaq, fikirlərim tam olaraq işıqlandırılmadı. Tək mən yox, tanınmış insanlarımız bununla bağlı öz etirazlarını dilə gətirdilər. 

Bildergebnis für emin ağalarov soso
Bu etirazlarndan vaz keçmək olardımı? Heç olmasa bununla bağlı həmin konsertin təşkilatçıları mövqeylərini açıqlayardılar. Müstəqil Azərbaycan vətəndaşı kimi mən öz etirazımı bildirməliyəm. Mənim köküm Qarabağdandır. Bu məni çox təsirləndirir. Məsələ ilə bağlı açıqlama verib etirazımı bildirdim və fikirlərimi tam işıqlandırmadılar. Ona görə ki, Sosonu Bakiya Emin Ağalarov gətirir. Nə olsun onu Emin gətirir? Mən bir vətəndaş kimi öz mövqeyimi bildirə bilmərəm? 

Əsli kökü Qarabağdan olan insan kimi bu məsələyə etiraz edə bilmərəm? Bəyəm mən Şimali Koreyada yaşayıram? Mən Heydər Əliyevin qurduğu, söz azadlığı olan ölkədə yaşayıram. Bir şəxs gedib konsertdən əlavə "artsax xalqına "azadlıq- deyə əlavə çıxış edir. Deyir ki, "mən Bakını Bakı ermənilərinə görə tanımışam. Bəs Rəşid Behbudov, Müslüm Maqomayev? Bunu biz necə qəbul etməliyik? Bu adam üzümüzə tüpürüb gəlib Bakıda konsert verdi və getdi. Bu qədər. Qondarma Dağlıq Qarabağ Respublikasının KVN komandasının Soçidəki yarışmaya qatılması ilə bağlı da etirazımı səsləndirdim. Ancaq bu etirazların heç bir faydası yoxdur.