Piyada keçidinin olmaması paytaxtın Yusif Səfərov küçəsinə yaxın yaşayanlar üçün ciddi problemdir.

Unikal.org xəzərxəbər-ə istinadən xəbər verir ki, intensiv hərəkət olan yolu keçmək üçün uzun məsafə qət edildiyindən insanların çoxu bu uzun məsafəni getməmək üçün təhlükəli yolu ayaqla keçmək istəyir. Elə buna görə də bu küçə paytaxtda piyada ölümü ilə nəticələnən qəzaların ən çox baş verdiyi yerlərdəndir.

Küçənin hər iki hissəsində yaşayış evləri, iş mərkəzləri, park, iki xəstəxana, dövlət qurumları və məktəb yerləşdiyini nəzərə alsaq, burada keçidin olmamasını başa düşmək çətindir.

Bu küçədən tez-tez keçən Rafael kişi isə keçidin omamasına şeir də yazıb.

Ekspert Ərşad Hüseynov deyir ki, yol hərəkəti təşkil olunarkən bütün iştirakçıların fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilməlidir. Yol hərəkətinin ən kütləvi iştirakçıları piyadalar olduğundan piyadalara hər cür şərait yaradılmalıdır.