"Böyük Ceyk" dünyanın ən hündür atı adını alaraq, Ginnesin Rekordlar Kitabına düşüb.

Unikal.org xəbər verir ki, adı "Big Jake" ("Böyük Ceyk") olan bu at Belçika cinsidir. Bu atı digər atlardan fərqləndirən cəhət isə onun boyudur. Onun boyunun hündürlüyü nə az nə çox, düz 2 metr 10 sm-dir. 

Deyilənə görə, bu at hətta doğulan zaman da hündür boylu və ağır çəkili olub. 11 yaşında olan at Belçikadakı "Smokey Hollow" bağında saxlanılır.