Türkiyənin Aydın vilayətininHorsunlu məhəlləsində yaşayan 25 yaşlı, evli və bir uşaq anası olan Özlem Şahin 4 yaşlı oğlunun ağlama səsini eşidən qonşular tərəfindən evində ölü tapılıb.
Unikal.org xəbər verir ki, infarkdan ölən Özlem Şahinin əri Halil Şahin acı xəbəri iş yerində alıb.
Məlumata görə, Özlem tekstil fabriklərindən birində işləyib və bu gecə də işə getməli imiş. Günorta saat 13 radələrində oğlunun ağladığını görən qonşular qapını döyüblər. Ancaq qapını açan olmadığını, uşağın da ağlamasının dayanmadığını görən ətrafdakılar qapını açaraq içəri daxil olublar.İçəridəki mənzərə isə hamını şoka salıb. Onlar 25 yaşlı qadının cansız bədəni ilə qarşılaşıblar.
Əraziyə çağırılan təcili yardım əməkdaşları qadının infarkdan öldüyünü qeyd ediblər.
4 yaşlı uşaq atasına təhvil verilib.