Litva Rusiya ilə sərhəddə hasar tikəcək.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyin bəyanatında qeyd edilib.

Bəyanatda bildirilir ki, Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasarın inşasına 3,6 milyon avro ayrılıb.

Hasar boyu müasir nəzarət sistemi tətbiq ediləcək. Hasar "Çin səddi olmayacaq. Onun məqsədi ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən malların qarşısını almaqdır.