Alimlər iddia edir ki, on saniyəlik öpüş zamanı bir partnyordan digərinə 80 milyon bakteriya keçir.
Bundan başqa, gündə ən azı doqquz dəfə öpüşən insanların ağız nahiyəsində eyni mikroblar mövcud olur. Yeni tədqiqatın nəticələri "Microbiome" jurnalında dərc edilib.
Hollandiya alimləri, eləcə də Amsterdamda yenicə açılmış "Mikropiya" mikrob zooparkının əməkdaşları 21 cütlüyün üzərində tədqiqat aparıblar. Könüllülərdən gündə nə qədər öpüşmələri soruşulub.
Onlardan ağız nahiyəsindən təhlil üçün nümunə (dilin və ağız suyunun mikroflorasını müəyyənləşdirmək üçün) götürülüb.
Partnyorlar nə qədər çox öpüşürlərsə, ağız suyunun mikrobiomu o qədər identik olur: praktiki olaraq eyni mikrobiom üçün isə gün ərzində doqquz öpüş kifayət edir.
"Partnyorun dili və ağız suyu ilə kontaktı ehtimal edən Məhəbbət öpüşü Homo sapiens-in unikal özəlliyidir. Belə öpüşlər planetin 90 faiz mədəniyyətində yayılıb. Biz onların insan mikrobiomuna necə təsir etdiyini anlamaq istəyirdik", – işin aparıcı müəllifi Remko Kort (Remco Kort) qeyd edib.
Nəzarət edilən eksperimentin gedişatında hər cütlüyə bakteriyaların ötürülməsini ölçmək üçün tərkibində Lactobacillus və Bifidobacteria olan içki verilib. Eksperimental öpüş zamanı alimlər aşkar ediblər ki, partnyorun ağız suyunda probiotiklərin sayı üç dəfə artıb. Həmçinin hesablayıblar ki, on saniyəlik öpüş zamanı bir partnyordan digərinə 80 milyon bakteriya keçir.
Amma alimlər qeyd edib ki, öpüşlərin çoxluğu ağız mikroflorasına təsir etmir. Həyat tərzinin, yemək tərcihlərinin, şəxsi gigiyena oxşarlığı – bu amillər daha çox təsir edir.