Türkiyə və Rusiya Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ-ı dəvət etmək niyyətindədirlər.
Unikal.org-un "TASSa istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
"ABŞ Astanadakı danışıqlarda iştirak edəcək. Amerikanın bu prosesdə rolu olduğunu inkar etmirik, - deyə Çavuşoğlu qeyd edib. Onun sözlərinə görə, bu məsələ Moskva ilə diplomatik səviyyədə müzakirə olunub.
"Hazırkı mərhələdə hansı tərəflərin hansı səviyyədə Astanada təmsil olunacağı məsələsi nəzərdən keçirilir, - deyə nazir qeyd edib.
Çavuşoğlu qeyd edib ki, Suriyadakı kürd terror qruplaşmalarının (YPG, PYD) nümayəndələrinin danışıqlarda təmsil olunması yolverilməzdir: "Danışıqlarda nizamlanmaya səmərəli tövhə verə biləcək tərəflər iştirak etməlidir.