Sosial şəbəkələrdə qalmaqallı video yayılıb.
Unikal.org xəbər verir ki, görüntülər Türkiyədə "Quran dərsi zamanı çəkilib. Videoda müəllim "Quran dərsi öyrətdiyi şagirdini döyməsi əks olunur.
Video Sakarya şəhərində çəkilib. Görüntülərdə "Quran kursu zamanı azyaşlı şagirdi döyən müəllimin qəddarlığı əks olunur.
Yayılan video böyük müzakirələrə və qalmaqala səbəb olub. Bundan sonra şəhərin müftüsü hadisənin araşdırıldığını bildirib.
Şagirdini döyən müəllimin artıq vəzifədən uzaqlaşdırıldığı və pensiyaya göndərildiyi bildirilir.