Bu gün İspaniyada baskların kompakt yaşadığı Bilbao şəhərində ETA terrro təşkilatının tərəfdarları aksiya keçirib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, on minlərlə insan təşkilatın həbs edilmiş 300-dən artıq üzvünün cəzalarını evlərinə daha yaxın cəzaçəkmə müəssisəsində çəkməsini tələb edib.
Qeyd edək ki, ETA Avropa Birliyi və ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb. Bu təşkilat İspaniyanın şimalında və Fransanın cənub-qərbində Bask dövləti qurmağa çalışır. Təşkilat üzvləri 40 il ərzində 800 nəfərdən çox insanı öldürüb. 2011-ci ildə dövlətlə təşkilat arasında sülh razılaşması imzalanıb.