Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətini təxribat adlandırıb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, Fransa xarici işlər naziri hadisələrin bu cür inkişafının ən ağır nəticələrə gətirib çıxaracağını vurğulayıb.
Jan-Mark Eyro deyib ki, ABŞ bu məsələ ilk dəfə gündəmdə deyil: "Ancaq hələ heç bir ABŞ prezidenti bu və ya digər məqamda belə bəyanatlar vermələrinə baxmayaraq, bu barədə qərar qəbul etmək mərhələsinə getməyiblər".