Moskvanın Leninqrad şosesində fəaliyyət göstərən bazardan 250 nəfər bomba xəbərdarlığı ilə bağlı anonim zənglə əlaqədar təxliyə edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, polisə Leninqrad bazarı ərazisində partlayıcı maddə barəsində məlumat daxil olub. Bazardan təxminən 250 nəfər köçürülüb.

Ərazidə kinoloqlar və hüquq-mühafizə orqanlarının əməkldaşları işləyir.