Türkiyənin Yozqat şəhərində dəhşətli hadisə baş verib.
Unikal.org-un məlumatına görə, Yozqatın bir kəndində əqli qüsurlu qadına çox sayda kəndlinin təcavüz etdiyi və 17 yaşındakı bir oğlan tərəfindən hamilə buraxıldığı ortaya çıxıb.
Talehsiz qadının paltarlarında aparılan analiz zamanı 71 yaşındakı kəndlinin də izləri aşkarlanıb. Qorxunc hadisənin təfərrüatları məhkəmə prosesində aydınlaşıb. Xaricdə yaşayan və qısa müddətlik kəndə gələn qadın qarınının ağrıdığını söylədiyində 6 aylıq hamilə olduğunu bilmirdi. Bacısı vəziyyəti jandarmaya bildirib və araşdırma aparılıb.
Məlum olub ki, kənddəki bütün kişilər qadına təcavüz edib. Saxlanılan şəxslər və 200-dən şahid dindirilib. Nəticədə qadına təcavüz edən şəxslər həbs edilib.