Rusiyanın VKontakte sosial şəbəkəsində yaşanan olayı polis araşdırmağa başlayıb. Səbəbkarlar Alyona və Yaroslav adlı şəxslərdir.
Unikal.org Life-a istinadən bildirir ki, Alyona gecə əylənməyə yollanmaq istəyəndə sevgilisi Yaroslav ona icazə verməyib. Sevgililər dalaşıblar və Alyona münasibətlərə son qoyduğuun deyib.
Gecənin bir aləmində isə o, Yaroslavın VKontakte-dəki profilində əxlaqsız fotosunu yollayıb.
Yaroslav da Alyonadan qisas almaq fiikrinə düşərək bu fotonu qızın atası Anatoli Vladimiroviçə yollayıb.
Fotonu görən ata qızını evdən qovub. Qorxuya düşmüş Alyona artıq sabiq sevgilisindən üzr istəyib, atası ilə problemlərinin olduğunu deyib, görüşmək istəyib.
Lakin Yaroslav bu istəkləri rədd edib.