ABŞ-ın Kaliforniya ştatının Orinc dairəsinin rəhbərliyi iki cinayətkarın tutulmasına dair məlumat verdiyi üçün San-Fransiskodan olan "bomj"a 100 min dollar mükafat verəcək.
Unikal.org bu barədə azvision.az-a istinadən bildirir.
Metyu Hey-Çapmen xəbərlərdə göstərilən ağ rəng yük maşınını görüb və bu barədə polisi məlumatlandırıb.
Qeyd edək ki, üç cinayətkar yanvarın 22-də Orinc dairəsinin mərkəzi həbsxanasından qaçıb. Onlardan biri bir həftə sonra polisə təslim olub, digər iki nəfərin yerini isə "bomj" deyib.
Daha 50 min dollar mükafatı isə cinayətkarlar barədə məlumat verən yük maşınının sahibi və supermarket işçiləri öz aralarında bölüşəcəklər.
Cinayətkarların bir həftə girov saxladığı taksi sürücüsü isə heç nə qazanmayacaq.