Azərbaycan Mərkəzi Bankından (AMB) ölkədə fəaliyyət göstərən banklara valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün məktub daxil olub.
İri kommersiya banklarından birindən unikal.org-a verilən xəbərə görə, iki gün əvvəl AMB banklara dollar limitinin aradan qaldırılmasını tövsiyə edib. Artıq ölkədə bir sıra banklar limitsiz dollar satışını həyata keçirilməsinə başlayıblar. Yalnız əvvəlki qaydada olduğu kimi dollar alan şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Xatırladaq ki, ölkədə 21-12-2015 tarixində manatın ikinci devalvasiyası baş verdikdən sonra banklarda dollar satışına limit qoyulmuşdu. 500 dollardan artıq alan şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunurdu. Bir nəfərə isə 1000 dollardan artıq verilmirdi.