Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan vətəndaşının əl yükünə baxış keçirilib.
 
Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, baxış zamanı əl yükündə olan ərzaq məhsullarının arasından 14 min 200 ədəd "NZ GOLD" markalı siqaretlər aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.