AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin baş məşqçisi Robert Prosineçkiyə "Bursaspor"un "sükanı arxasına" keçməyə icazə verməyib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisi komandada görmək istəyən klub rəhbərliyi Rövnəq Abdullayevi razı salmaq üçün Türkiyə parlamentinin Bursadan olan millət vəkili Hüseyn Şahin və əmək və sosial müdafiə naziri Mehmet Müezzinoğlundan kömək istəyiblər.