Kral III Çarlz Şahzadə Harri və Meqan Marklla görüşə hazırlıq məqsədilə ailəsi ilə iclas keçirib.

"Unikal" xəbər verir ki, Vindzor ailəsinin krala ən yaxın üzvləri Edinburqda sübh ibadətindən əvvəl "şam yeməyi və gecələmə" üçün toplaşıblar. Saray şam yeməyində söhbətin mövzusunu açıqlamaqdan imtina edib.

Qeyd edək ki, Şahzadə Harrinin bu həftə sonu ailəsi ilə və ya ailəsiz Böyük Britaniyaya gəlişi gözlənilir.