Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, "Azərenerji Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq "Sumqayıt Kimya Sənaye Parkı Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsinin təmin edilməsi ilə bağlı 3 ay müddətində tədbirlər görmək və bu barədə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
İqtisadiyyat Nazirliyi isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.