Unikal.org bir ərli qadının ailəsinə xəyanətlə bağlı maraqlı yazısını oxuculara təqdim edir.
Mən universitetin birinci kursunda oxuyanda bir oğlanla taniş oldum. Onunla gəzirdim. O, oğlanin çox varli bir dostu da var idi və mən onu baxışlarımıla atmacalı sözlərimlə yoldan çıxardım. Bu oğlan dostuna xəyanət etdi. Gizli gizli mənimlə görüşməyə başladı. Biz gizli yerlerdə görüşürdük. Bir neçe dəfə intim yaxınlığımız da olmuşdu. Mən bir gün hiss etdim ki, hamiləyəm, əvvəl çox qorxurdum. Amma fikirləşdikdən sonra qərarə aldım ki, hamiləliyimdən istifadə edim. Oğlana bunu dedikdən sonra məndən kənar qaçmağa başladı. Mən çox pis hallar keçirirdim. Məni sevən oğlan xəyanətimizdən xəbər tutdu.
O fikirləşdiyimin əksi olaraq mənə heç bir söz demədi, gedib dostunu tapdı və mənimlə evlənməyinə razı saldı. Onunla evləndim və oğlum dünyaya gəldi. Əslində istədiyim hər şeyə çatmışdım və ancaq özümü xoşbəxt hiss etmirəm.
Başa düşdüm ki, pul, firəvan həyat insanı xoşbəxt etmir. Mənim gözüm hələdə ilk sevdiyim oğlandadır. O hələdə bizimlə dostluq edir və nişanlanıb. Amma mən onun nişanlanmasına belə qısqanıram. Onları ayırmaq belə fikrimdən keçir. Elə hey onu düşünürəm. Məncə o da məni unutmayıb. Bu yaxınlarda təsadüfən onunla tək qarşılaşdım. Biz oturub uzun uzadı danışdıq. Mənə təklif etdi ki, yoldaşımdan ayrılım. Biz gizlicə görüşürdük. İndi mən yoldaşımdan ayrılmaq istəyirəm. O da nişanlısından ayrılmağa mənə söz verib. Amma onu da deyim ki, yoldaşım da məni sevmir, məne çoxlu xəyanət edib. Hətta ən yaxın rəfiqmlə. Məni qınamayın, məsləhət verin. Bu məsləhetlərə çox ehtiyacım var...(azadqadın.az)