Mərkəzi Bankın məlumatına görə, 2016-cı il dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq, milli valyuta ekvivalentində 16275,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Unikal.org-a bildiriblər ki, ümumi kredit portfelinin 12824,5 milyon manatı və ya 78,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 34,9 faizi dövlət, 62,2 faizi qeyri-dövlət bankları, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9 faizini təşkil edib.