Novruz bayramı ilə əlaqədar uşaq bağçalarında bir sıra bayram tədbirləri düzənlənir.
 
Unikal.org-un məlumatına görə, bayram şənliklərindən biri Sumqayıt şəhərində yerləşən 66 nömrəli bağçada keçirilib. Valideynlərin də iştirakı ilə baş tutan şənlikdə balacalar çıxışlarına Novruz mahnısı ilə başlayıblar. Bayram tədbirinə Kosa və keçəlin təşrif buyurması uşaqların sevincini daha da artırıb. 
Şənlik balacaların hazırladıqları səhnəciklərin təqdimatı ilə davam edib.