Əmlak Məsələləri Dövlət Komitəsinin birbaşa yerlərdə keçirdiyi "Kütləvi çıxarış" kampaniyası növbəti dəfə 18 mart tarixində Xaçmaz rayonunda baş tutub.
Komitənin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, kampaniya zamanı 250-yə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. 150-dək sakinə onların fərdi həyət evi və torpaq sahələrinə, o cümlədən pay torpaqları, vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaqlara dair dövlət reyestrindən çıxarışlar və texniki pasportlar təqdim olunub. Artıq texniki pasportların da komitə tərəfindən hazırlanaraq ünvanlarda vətəndaşlara çatdırılması kampaniyada növbəti yenilikdir. Bu kampaniya zamanı 100-ə yaxın sakindən isə ilkin mülkiyyət sənədləri çıxarışlarla əvəz olunması məqsədilə qəbul edilib.