"Prezident İlham Əliyevin dünən imzaladığı Əfv sərəncamı çox təqdirəlayiq olmaqla bərabər, humanist addım idi. Prezident Novruz bayramı öncəsi vətəndaşlara ikiqat sevinc bəxş etdi. Həm əfv olunan insanlar, həm onların ailələri, həm də bütün ictimaiyyət sərəncamı yüksək qiymətləndirirlər. İctimai-siyasi fəaliyyətlə məşğul olmuş məhbusların böyük əksəriyyəti azadlığa buraxıldı. Ümid edirəm ki, humanist addımlar bundan sonra da atılacaq. Həbsdə olan və azadlığa çıxması arzulanan şəxslər növbəti sərəncamda əfv olunacaqlar".    
 
Unikal.org xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətləri Araşdırma Mərkəzinin (BMAM)  rəhbəri Rufiz Qonaqov Prezident İlham Əliyevin əfv sərəncamına münasibət bildirərkən qeyd edib.    R.Qonaqova görə, Prezident bu sərəncamla bütün beynəlxalq təşkilatlara fəaliyyətində hümanizmi əsas götürdüyünü sübut etdi: "Bütün dünya gördü ki, Azərbaycan prezidentinin siyasətinin mərkəzində insan amili, hümanizm durur. Ölkə başçısı əfv sərəncamında Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin, insan haqları üzrə işçi qruplarının mövqelərini nəzərə alıb. Müxtəlif hüquq müdafiə təşkilatlarının siyahısında olan 14 nəfər şəxsi azad etməklə prezident demokratiya, insan haqları, milli barışa nə qədər sadiq olduğunu nümayiş etdirdi.  Azadlığa buraxılanlar arasında siyasi partiyala, QHT, KİV nümayəndələri və cinayət törətmiş digər kateqoriyadan olan insanların adları var. Prezident onları azad etməklə göstərdi ki, ölkədə istənilən problemi həll etmək gücündədir. Bütün məsələlər Azərbaycan daxilində, dialoq şəraitində həll edilə bilər".   Qeyd edək ki, prezident İlham Əliyevin martın 17-də Novruz bayramı münasibətilə imzaladığı sərəncamla 137 nəfər azadlığa buraxılıb.  - See more at: http://teleqraf.com/news/91449#sthash.lS9NfxJS.xJilpKE6.dpuf