İtalyan futbolçu Mario Balotellinin keçmiş sevgilisi və qızının anası Raffaella Fiko açıqlaması ilə dünya mediasını şoka salıb.
Unikal.org fanat.az-a istinadən xəbər verir ki, mediatik gözəl Balotellidən əvvəl Kriştianu Ronaldo ilə birlikdə olduğunu etiraf edib.
Hətta Raffaella Fiko bakirəliyini Ronaldo ilə birlikdə olaraq itirdiyini bildirib. "Bakirəliyimi onunla birlikdə olaraq itirdim. Buna görə çox xoşbəxt idim. Münasibətimiz 11 ay sürdü". 
Qeyd edək ki, Raffaella Fiko 2009-cu ildə bəkarətini 1 milyon avroya satışa çıxarmışdı. Ev almaq və aktrisalıq dərsləri almaq üçün pula ehtiyacı olduğunu bildirən gözəlçə müştəri tapa bilməmişdi.
O, "Bəlkə bu məbləği Kriştianu Ronaldo ödəyib" sualına belə cavab verib: "Ronaldodan bunun qarşılığında pul almamışam".