Avropa İttifaqı ilə Türkiyə arasında miqrantlarla bağlı saziş martın 20-dən qüvvəyə minəcək.
 
Unikal.org-un APA-ya istinadən məlumatına görə, bu barədə Çexiyanın Avropa məsələləri üzrə naziri Tomas Prouza özünün "Tvitter" səhifəsində yazıb.
 
"Avropa Şurası Türkiyə ilə razılaşmaları dəstəklədi. Saziş bazar günündən etibarən qüvvəyə minir", nazir yazıb.
 
Brüsseldə Avropa İttifaqı-Türkiyə sammiti keçirilir. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun planının təsdiqlənəcəyi gözlənilir.
 
Qeyd edək ki, bu planın əsas prinsipləri martın 7-də razılaşdırılıb.