ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixael Georq Link Azərbaycan prezidenti İlham Əliyevin martın 17-də imzaladığı sərəncamı alqışlayıb.
Unikal.org-un verdiyi xəbərə görə, M. Link bildirib ki, sonuncu əfv sərəncamı Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı xoş addımdır.

Qeyd edək ki, Azərbaycan prezidentinin imzaladığı sərəncamla 148 məhkum əfv olunub.