Zimbabve hökuməti ölkədə fəaliyyət göstərən Amerika diplomatları barədə kəskin çıxış edib.
Unikal.org-un Trend-ə istinadən verdiyi məlumata görə, ABŞ səfirliyi Zimbabvedə insan haqlarının pozulmasından narahatlığını bildirərək, bu sahədə vəziyyətin dözülməz olduğunu qeyd edib.
Buna cavab olaraq, Zimbabve prezidentinin mətbuat katibi Corc Çaramba Amerika səfiri K.Harriyə belə məsləhət verib:
"ABŞ səfiri düşünür ki, bizə rəhbərlik edə bilər. Getsin özünü banan ağacından assın.
Xatırladaq ki, bundan əvvəl ABŞ səfirliyi ölkədə yerli din xadiminin həbsi ilə bağlı narahatlığını ifadə etmişdi.