Xəbər verdiyimiz kimi Ermənistan hakimiyyəti Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü Şahin Mirzəyevin Ermənistanda "müvəqqəti sığınacaq" müraciətini qəbul edib. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ailəsi ilə sığınan şəxs həm də "Tolişi Sado qəzetinin əməkdaşı, "Talış azadlıq hərəkatının" üzvüdür.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a Yeni Azərbaycan Partiyasının üzvü, Əmək və sosial siyasət komitəsinin sədri, Lənkəranlı deputat Hadı Rəcəbli münasibət bildirib. 

Millət vəkili vurğulayıb ki, o, dövlət siyasətinə sadiq olan şəxsdir:

"Hadı Rəcəbli Heydər Əliyev siyasətinə sədaqətli insandır. İlham Əliyevin yanında olan adamdır. Bu siyasi xəttin əleyhinə gedən hər bir adam onun düşmənidir. Çox təssüf ki, bu qrupdan olan insanların içərisində mətbuat da var. Bu cür fəaliyyət göstərən saytlar, facebook səhifələri də var. Onların hər biri mənim nifrət abyektimdilər. Torpağını, vətənini satan adamlar isə bir nömrəli düşmənlərimizdir.

Amid Əyyuboğlu