Paytaxtda hava limanı yolunda sürət endirilib.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.