Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mədəni irsin qorunması istiqamətində fəaliyyətini təmin etmək məqsədi iləqərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, â„– 12, maddə 1563; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1148 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.3-cü bənddə "bir sözü "iki sözü ilə əvəz edilsin.
1.2. 5.4-cü bənddə "müavini sözü "müavinləri sözü ilə, "ona sözü "onlara sözü ilə, "daşıyır sözü "daşıyırlar sözü ilə əvəz edilsin.
1.3. 5.5.3-cü yarımbənddə "müavininin sözü "müavinlərinin sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin."