Uşaq sahibi olmanın ən qarışıq yönlərindən biri seks üçün vaxt və fürsət tapa bilməməkdir. Könlünüz istəyən zaman sekslə məşğul ola biləcəyiniz günlər keçib getdi artıq. Fürsətiniz olarsa, sekslə məşğul ola bilərsiniz. Uşaqlı oldunsa, belədir.
 
Bu hal münasibətinizə potensial yıxıcı təsir göstərə bilər. Bununla mübarizə aparmanız üçün Aile.lent.az bir neçə tövsiyə təqdim edir.
 
Gözləntilərinizi azaldın
 
Bu vəziyyəti qəbul etməniz şərtdir. Əvvəllər deyirdilər ki, uzun və xoşbəxt evliliyin sirri az gözləntilərin olmasıdır. Gün boyunca uşaqların ehtiyaclarını qarşılamaq üçün elə hey çalışan valideynlərin günün sonunda seks üçün enerjisi qalmaz. Səsli-küylü, dəli-dolu sevişmələr artıq yerini fısıldaşmalara, yastıqlarda boğulmalara, yorğanı başına çəkmələrə verir. Alt paltarını çıxara bilmək belə qələbə sayılır. Buna görə çox uzatmadan qısa ön sevişmə yaşamalı və əsas məsələyə keçərək hər ikiniz də qane olmalısınız. Qısa olmasını görməzdən gəlin, ciddi problem etməyin.
 
Məkan, məkan, məkan
 
Yoldaşınızla həmişə böyük taxtınızda seksdən zövq alırdınız. Ancaq indi taxtınızı balaca varlıq işğal edibsə, siz də onun yatağından istifadə edə bilərsiniz. Onsuz da istifadə etmir. Yerdə də olar, niyə də olmasın?! Uşaq olandan sonra hamam otağının qapısı da kilidlənə bilər, niyə də yox?!
 
Hərdən elə anda qapını açıb otağa girər ki...
 
Fürsət tapdıqda belə, bütünlüklə sevişməyə diqqət yönəltmək əqli yaralanmalara səbəb ola bilər. Seks zamanı bütün diqqəti seksə yönəltmək düzgün deyil. Həmişə bir qulağınız, bir gözünüz qapıda olsun. Balaca hər an otağı işğal edə bilər.
 
Yoldaşınızla flirt edin
 
Bir neçə dəqiqə hamamda gizlənin. Keçərkən ona toxunun. Yoldaşınıza onu istədiyinizi hiss etdirin. Boynunuza alın ki uşaq olandan sonra sevişmək bir kənara qalsın, hətta oynaşmaq üçün vaxt, imkan olmur. Uşağınıza bir günlük də olsa baxıcı tapıb, yoldaşınızla qısa da olsa vaxt keçirməyə çalışın.
 
Özünüzə gəlin
 
Seks bir müddət sonra adi hala çevrilir. Uşaq olduqdan sonra isə bu adiləşmə daha qabarıq hal alır. Uşaqlarınızı münasibətinizin tam mərkəzinə qoymaq zərər verə bilər. Spontan olun. İşə yaramasa da bir proqram təşkil edin. Görüşün necə erotik olduğunu görəcəksiniz.
 
Uşaqlarınıza yalan deyin
 
"Yox, həyatım, problem yoxdur. Atan məni sadəcə qıdıqlayırdı".
 
"Heç tapşırıqlarını edirik sadəcə".
 
"Yox, atan hamamda mənlə deyil. Bəlkə də bağdadır, get ora bax".
Sakit olun
Həqiqətən rahatlayın bir az. Seksdən dolayı çox stress keçirməyin. Qəbul edin ki, artıq uşaqlarınız var və həyatınız dəyişib. Buna uyğunlaşın. Yaradıcı olun. Sevgi üçün vaxt ayırın. Proqramlar təyin edin, işə yaramasa da, sakit olun və səhər yenidən təkrarlayın.