Cənubi Koreya alimləri şəkərli diabetdən əziyyət çəkən insanlar üçün xüsusi plastr hazırlayıblar.
Unikal.org xəbər verir ki, yeni plastr xəstədə şəkərin səviyyəsini qanda deyil, tərdə ölçür. Bu göstərici şəkərin qanda olan səviyyəsi ilə praktiki olaraq eynidir.
Şəkərin ölçülməsindən əlavə plastr xəstənin bədəninə METFORMIN preparatını yeridir.
Yeni metod çox rahat və ağrısızdır. Yumşaq, elastik və şəffaf plastr xəstənin bilək nahiyəsinə yapışdırılır və heç bir narahatçılığa səbəb olmur.
Plastr artıq siçanların üzərində test olunub və çox yaxşı nəticələr verib. Plastr siçanların qanında şəkərin səviyyəsini tənzimləyib.
Yaxın zamanlarda alimlər yeni plastrı şəkərli diabetdən əziyyət çəkən insanların üzərində test etmək niyyətindədirlər.