"Arsenal" və Xorvatiya milliinin eks futbolçusu Eduardo da Silva karyerasını Braziliyada davam etdirəcək.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "Atletico Paranaense" ilə 2017-ci ilin sonuna kimi müqavilə imzalayıb. Eduardo "Shakhtar", "Flamengo" kimi klubların da şərəfini qoruyub.
2008-ci il fevralın 23-də ayağı sınan futbolçu zədədən sonra əvvəlki formasını bərpa edə bilməmişdi.