"Məsələylə bağlı araşdırma apardıqdan sonra məlum oldu ki, Əzimov Çingiz, Əzizov İlkin və Rəhimov Azad birləşərək məni aldadıb avtomobilimi mənimsəyiblər. "Bank VTB-dən mənə məsələ ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməyimi məsləhət bildilər.

Bu fikirləri Bakının Binə qəsəbəsində yaşayan Lerik rayon sakini Zəfər Tahirov Unikal.org-a göndərdiyi müraciətində qeyd edib. 

O, kreditə götürdüyü avtomobilinin "Bank VTB-nin işçiləri tərəfindən mənimsənildiyini bildirir: "2013-cü ildə "Bank VTB-dən kreditlə "KİA Sportage avtomobilini götürmüşəm. 19 ay gecikmə olmadan hər ay 714 dollar ödəniş etmişəm. 2015 ci ilin fevral ayında manatın ilk dəfə devalvasiyasından sonra mövcud məbləği ödəmək mənim üçün əl catmaz oldu. Bu barədə banka yazılı müraciət etdim ki, kreditin müddəti uzadılsın və 560 manat ödəyim. Bankdan mənə heç bir cavab verilmədi. 3 aydan sonra bankın problemli kreditlər şöbənin işçisi Çingiz Əzimov adlı şəxs mənə telfonla zəng edərək bildirdi ki, maşınımı geri qaytarım. Mən də avtomobili aparıb bankın baş ofisində təhvil verdim. Çingiz Əzimov bundan sonra məni heç kimin narahat etməyəcəyini və kreditin mənim adımdan çıxarıldığını bildirdi. 6 ay sonra mənə bankdan zəng edib krediti nə üçün ödəmədiyimi soruşdular. Mən vəziyyəti və Çingiz Əzimovun dediklərini zəng vuran şəxsə anlatdım. Bankın əməkdaşı vurğuladı ki, Çingiz məni aldadıb. Bundan sonra bankın baş ofisinə getdim.

Məsələylə bağlı araşdırma apardıqdan sonra məlum oldu ki, Əzimov Çingiz, Əzizov İlkin və Rəhimov Azad birləşərək məni aldadıb avtomobilimi mənimsəyiblər. Bankdan mənə məsələ ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməyimi məsləhət bildilər.

Vətəndaş məsələ barədə Daxili İşlər Nazirliyinə rəsmi müraciət etdiyini bildirir: "Hazırda iş Binəqədi RPİ-də Cavid adlı müstəntiqdədir. Müraciətimdən 8 ay keçməsinə baxmayaraq iş araşdırılmır. DİN-dən müraciətimə cavab verilib ki, iş Nəsimi Rayon Polis idarəsinin 19-cu polis bölməsində təhqiqatçı Seyid Quliyevdədir. Ona da dəfələrlə zəng vurub görüşmək istəsəm də, məni qəbul etmir. Belə olan halda "Bank VTB fürsətdən istifadə edərək məni məhkəməyə verərək öz xeyrinə qərar əldə edib. Məndən 24.500 ABŞ dolları tələb edirlər.

Məsələ ilə bağlı "Bank VTB-dən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, şikayətdə göstərilən şəxslər tərəfindən qanun pozuntusu varsa, müştəri Tahirov Zəfər araşdırmanın aparılması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edə bilər: "Müştəri Tahirov Zəfərin bütün müraciətlərinə bankın Pretenziya işi və müştəri məlumatlarının təhlili şöbəsi tərəfindən baxılıb. Zəfər Tahirov bu məsələnin daha detallı müzakirəsi üçün banka dəvət olunub. Əməkdaş Çingiz Əzimova gəldikdə isə o, bank VTB (Azərbaycan)-da 2012-ci ildən 19.05.2016-cı ilə qədər çalışıb. Müştərinin müraciətində qeyd olunan digər şəxslər - Əzizov İlkin və Rəhimov Azad bank VTB (Azərbaycan)-da işləmir və heç vaxt da işləməyiblər. Şikayətdə göstərilən şəxslər tərəfindən qanun pozuntusu varsa, müştəri Tahirov Zəfər araşdırmanın aparılması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

Həsən Babayev