Sergey Minasyan: "Müharibə başlasa, heç bir dövlət Azərbaycana qarşı çıxış etməyəcək"
12:34 08-07-2012
CƏMİYYƏT
Sergey Minasyan: "Müharibə
başlasa, heç bir dövlət Azərbaycana qarşı çıxış etməyəcək"
Erməni politoloq məyus danışdı
Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması təşkilatın gücünü zəiflətməyəcək.Bu sözləri Moskvada "MDB-nin cənub sərhədlərində təhlükəsizlik" mövzusunda keçirilən Moskva-Astana-İrəvan telekörpüsündə rusiyalı politoloq, "Milli Strategiya Problemi" jurnalının baş redaktoru Ajdar Kurtov deyib.
Rusiya Xarici İşlər Nazirliyi Moskva Beynəlxalq Əlaqələr İnstitutu yanında Beynəlxalq Tədqiqat Analitik Mərkəzinin direktoru Andrey Kazantsev Özbəkistanın KTMT-də fəaliyyətini formal olaraq çoxdan dayandırdığını bildirib.
Telekörpüdə iştirak edən erməni politoloqlar isə Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasının Ermənistan üçün heç bir əhəmiyyəti olmadığını vurğulayıblar.
Qafqaz İnstitutunun siyasi tədqiqatlar şöbəsinin müdiri, politoloq Sergey Minasyan Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə, KTMT-də təmsil olunan Mərkəzi Asiya dövlətlərinin KTMT silahlı qüvvələrinə yardım etməyəcəyini bildirərək deyib: "Burada islam və türk amili özünü göstərəcək. Onlar türk və müsəlman qardaşları olan azərbaycanlılara silah qaldırmayacaqlar".
S.Manisyan onu da qeyd edib ki, Azərbaycanla yaxınlaşmaq istəyən dövlətlər çoxdur. Onlar rəsmi Bakıdan ucuz enerji almaq istəyirlər. Buna görə də KTMT-yə daxil olan heç bir dövlət Azərbaycanın əleyhinə heç sözdə də çıxış etməyəcək.
Telekörpüdə keçmiş SSRİ dövləti ərazisindəki münaqişələr və çıxış yolları müzakirə edilmişdir.
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05