Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.
Unikal.org xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinin sorğusuna cavab olaraq Rusiya Ədliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin İctimai Əlaqələr Departamentindən bildiriblər ki, ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub: "RusiyaƏdliyyə Nazirliyitərəfindən həyata keçirilənnəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. RusiyaƏdliyyə Nazirliyi"İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
Qeyd olunub ki, təşkilat pozuntuları aradan qaldırmadığına görə, bu ilin martın 3-də Rusiya Ədliyyə Nazirliyi Ali Məhkəməyə təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün müraciət edib.
Rusiya Ali Məhkəməsi qərarına əsasən, müvafiq məhkəmə işinə aprelin 11-də baxılacaq.
Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.