Bədii gimnastika üzrə yeniyetmələrdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Dərya Sorokina, Nərmin Cahangirova, Narın Qurbanova və Fatimə Əkbərova İtaliyanın Pesaro şəhərində keçirilən beynəlxalq turnirdə (11-13 aprel) çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından unikal.org-a verilən məlumata görə, 10 gürzlə icra etdikləri kompozisiya ilə qızlarımız yalnız Rusiya və İsrail komandasından geri qalaraq bürünc medal əldə ediblər.
Böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova təsnifat mərhələsində hər 4 alət ilə uğurlu çıxış edərək, finallara yüksəlməyi bacarıb. Yekun mərhələdə o, ən yaxşı nəticəni halqa ilə göstərərək medalın bir addımlığında - 4-cü yerdə qərarlaşıb.