Azərbaycanda böhtana görə cərimənin son həddi üç dəfə, təhqirə görə cərimənin son həddi artırılır.
Unikal.org-un məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər təklif edilir.
Dəyişikliyə əsasən, 147-ci maddənin birinci bəndinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyasında "100 manatdan 500 manata qədər cərimələr "1000 manatdan 1500 manata qədər cərimələri ilə əvəzləndirilir.
148-ci maddənin sanksiyasında isə "300 manatdan 1000 manata qədər cərimələrin isə "1000 manatdan 1500 manata qədər cərimələr ilə əvəzlənməsi təklif olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.(apa)