"Azərbaycan-Ermənistan, Dağlıq-Qarabağ münaqişəsi nəticəsində Dövlət Komissiyasının qeydiyyatında olan itkin düşmüş azərbaycanlıların sayı 3868 nəfərdir.
Unikal.org-un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
"Dağlıq Qarabağda girovluqda saxlanılan azərbaycanlıların azad olunması istiqamətində Dövlət Komissiyası sədrinin göstərişi ilə fəaliyyətimizi davam etdiririk. Bizdə olan məlumata görə, erməni girovluğundakı azərbaycanlıların səhhətində müəyyən problemlər var. Bu məsələ Dövlət Komissiyasının əməkdaşlıq etdiyi beynəlxalq təşkilatla ətraflı müzakirə olunub. Həmin beynəlxalq təşkilat da girovluqda saxlanılan azərbaycanlıların səhhəti ilə bağlı məsələnin araşdırılacağı, hətta beynəlxalq həkimlərin dəvət edilərək onların səhhətlərinin monitorinq ediləcəyi barədə məlumat veriblər, - deyə E. Səmədov bildirib.