Bu gün Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin Plenumu olub.
Unikal.org xəbər verir ki, plenumda konkret işlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Plenumda, həmçinin bir neçə gün əvvəl parlamentin iclasındaAli Məhkəmənin hakimi seçilən Əziz Seyidov da iştirak edib və and içərək vəzifəsinə başlayıb.
Qeyd edək ki,Ə.Seyidov 2007-ci ilin aprel ayından Bakı Şəhər Prokuroru vəzifəsində çalışır. Onun Bakı Şəhər Prokuroru kimi səlahiyyət müddəti bu il başa çatıb.