ABŞ-da naməlum şəxs universitetə hücum edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Texas ştatında, Ostin şəhərində baş verib.
Belə ki, naməlum şəxsin soyuq silahla hücumu nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Məlumatda bildirilir ki, polis bir nəfəri saxlayıb.
Xəsarət alanların dəqiq sayı məlum deyil. Lakin şahidlər həkimlərin hadisə yerindən 3 ağır yaralını apardığını bildiriblər.