Merve Keleş adlı qadın saxtakarlığın qurbanı olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, özünü Azərbaycanda təhsil almış həkim kimi təqdim edir. Əslində isə Soner G saç ustasıdır. Ona 500 lirə verərək dodaqlarına silikon etdirib.

Onun dodağındakı silikon 1 həftəyə əriyib. Merve bu dəfə 1000 lirə verərək yenə silikon etdirib. Bir müddət sonra Merve görüb ki, dodaqları qızarır və şişir.

Merve xəstəxanaya yollanıb. Məlum olub ki, Soner G. onun dodağına naməlum maddə doldurub.

Xəstəxanadan verilən məlumata görə, gənc qızın dodağındakı maddə çıxarılmasa, onun dodağı tamamilə məhv olacaq və kəsmək məcburiyyətində qalacaqlar.

Keleşin ittihamına Soner G. cavab verib. O, saç ustası olduğunu söyləyib:

"Mən özümü heç vaxt estetik həkim kimi təqdim etməmişəm. Bir dostu vasitəsilə tanış oldum. Məndən pul istədilər, vermədim. İndi isə mənə şər atırlar, şantaj edirlər.

Merve Soner G.ni məhkəməyə verib.