"BMT-nin 4 qətnaməsini icra etmək fikirləri yoxdur
Unikal.org bildirir ki, bu fikirləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sdəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, məcburi köçkünlər, büün qarabağlılar dövlət başçısının yanındadır: "Birləşmiş Millətlər Təşkilatının (BMT) 4 qətnaməsi var. 20 ildən artıqdır ki, həmin qətnamələr icra olunmur. Bunu icra etmək fikirləri də yoxdur. Ancaq yadınızdadırsa, Liviya dövləti üçün bir qətnamə qəbul etdilər. Mürəkkəbi qurumamış həmin qətnamə icra olundu. Bütün məcburi köçkünlər, qarabağlılar ölkə başçısının yanındadır. İnanırıq ki, möhtərəm prezidentimizin dediyi kimi yaxın zamanda üçrəngli bayrağımız Şuşada, Xankəndində və bütün işğal altında olan torpaqlarımızda dalğalacanaq.