İqtidar idarəetmədə yeni düzən planını işə salır; Güc strukturları və Baş Prokurorluq istisna olmaqla, birləşdirilən nazirlik və komitələrdə maksimum iki müavin üçün ştat saxlanılacaq; Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisar olacaq; icra başçılarına isə...

İslamiada yekunlaşdıqdan sonra hökumətdə neçə vaxtdır gözlənilən ixtisarların başlanacağı barədə ötən saylarımızın birində xəbər vermişdik. Hökumətə yaxın mənbə iddia etmişdi ki, hakimiyyət böyük bir məmur ordusu ilə yollarını ayırmağa hazırlaşır.

Bu istiqamətdə redaksiyamıza vaxtaşırı məlumatlar daxil olmaqdadır. Qeyd olunur ki, dəyişiklik Nazirlər Kabinetinin, Prezident Administrasiyasının və prezidentin iqtisadi müşavirlərinin iştirakı ilə hazırlanan geniş sənəddə "yuxarıdan aşağıya bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.

Xəbərlərdə bildirilir ki, birləşdiriləcək nazirlik və dövlət komitələrinin (yalnız güc strukturları və Baş Prokurorluq istisna olmaqla) siyahısı artıq dövlət başçısına təqdim edilib. "Ləğv ediləcək və başqa qurumlara birləşdiriləcək təsisatların son siyahısı prezidentin qərarına bağlıdır, dəqiqləşdirmələr və yenidən işlənməsi də mümkündür deyə, xəbəri verən mənbə deyib.

Image result for nazirlər kabineti

Bildirilir ki, nazirlik və fəaliyyəti davam etdiriləcək komitələrdə maksimim iki müavin (istisna hallar mümkündür) üçün ştat saxlanılacaq. Çünki elə nazirliklər və komitələr var ki, orada 3, hətta 4 müavin ştatı var ki, onlar mütləq ixtisar olunmalıdır. Komitələrdə isə bir müavin olacaq. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.
Nazir müavinlərinin müvafiq işlə təmin edilməsi də gözlənilir ki, bu, pensiya yaşına çatanlara aid edilməyəcək. "Atlanmalar (kadrların yerdəyişmələri və yerləşdirilmələri) haqda dəqiq bilgi yoxdur, amma ehtimal etmək olar ki, xüsusilə iqtisadi sahədə işləyənlərin yeni və ya birləşdirilən qurumlarda yerləşdirilməsində problem olmayacaq. Amma spesifik nazirliklərin birləşdirilməsində həm ciddi ixtisarların, həm də rəhbər vəzifəlilərin (Ziya Məmmədov və bir müavinin nümunəsini yada salmaq kifayətdir) işsiz qalması qaçılmaz olacaq. Bu, çox ciddi bir islahatlar paketidir və narazıların olması təbiidir. Eynilə Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. Gənclər və İdman İdarəsi, İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir. Nazirlər Kabinetinə ciddi "əl gəzdiriləcək. Ən böyük "şişmənin də məhz Nazirlər Kabinetində olduğu söylənilir.

Image result for məmurlar


İddia olunur ki, ciddi islahatlar regional idarəetmədə də aparılacaq. Müavinlərin ixtisarı rayon icra hakimiyyətlərinə də şamildir, icra başçısının yalnız bir müavini olacaq ki, o, həm humanitar, həm sosial məsələləri kurasiya etməlidir. Bundan başqa, "büdcəyə oturmuş xeyli ştatlar var ki, onların səlahiyyətləri ya icra aparatında, ya da müvafiq nazirlik və ya komitələr arasında bölüşdürülməlidir. İcra başçıları postunun ümumiyyətlə ləğvi ilə bağlı xəbərlər də çoxdandır ağızdan-ağıza dolaşır. Mənbəmiz deyib ki, amma bu, indilikdə baş verməyəcək. Çünki belə olarsa, icra aparatında illərdir formalaşmış nəzarət mexanizmi sıradan çıxmış olar. Bu məsələ gələcəkdə Azərbaycanın ərazi vahidlərinin dəyişdirilməsi və vilayətlərin yaradılmasında planlaşdırıla bilər.

Image result for məmurlar

Dünyanın bir sıra ölkələrində qubernator sistemi özünü doğruldub ki, Azərbaycanda bunun tətbiqi Qarabağ probleminə görə ləngiyir. Çoxdan danışılır ki, ölkədə 7-10 arası vilayətin yaradılması planı var.

Bugünlərdə hökumətin iqtisadi planlarından xəbərdar olan deputat Vahid Əhmədov da 10 milyonluq Azərbaycanda 19 nazirlik və 9 dövlət komitəsinin olmasını, idarəetmə aparatının həddən artıq şişirdilməsini demişdi. Deputat demişdi ki, ölkənin dövlət başçısı tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub. "Görünür, tezliklə sistem dəyişiklikləri olacaq. Azərbaycanın minlərlə müxtəlif dərəcəli məmuru saxlamasına ehtiyac yoxdur. Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət tələb olunur deyə, deputat əlavə etmişdi.

Deputat xatırladıb ki, keçən ilin sonunda baş nazirin müavini Əli Əhmədov KİV-də islahatların yeni konsepsiyasının hazırlandığı barədə açıqlama verib. Həmin konsepsiya çərçivəsində idarə sistemində də dəyişikliklər gözlənilir.