Azərbaycan Nazirlər Kabineti "Zığ gölünün və onun mühafizə zonasının hüdudlarının təsdiq edilməsi haqqında" qərarı təsdiq edib.
Unikal.org-un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Sənədə əsasən, Zığ gölünün 106,49 hektarlıq sahəsi olan akvatoriyasının və onun 184,58 hektarlıq sahəsi olan mühafizə zonasının əlavə olunmuş xəritədə göstərilmiş hüdudları təsdiq edilib.
Bundan başqa, Böyükşor gölünün 1159,39 hektarlıq sahəsi olan akvatoriyasının və onun 467,85 hektarlıq sahəsi olan mühafizə zonasının əlavə olunmuş xəritədə göstərilmiş sərhədləri də təsdiq olunub.