Ölkəmizdə yüksək səviyyədə təşkil olunan, böyük təntənə ilə keçirilən və idmançılarımızın parlaq qələbəsi ilə başa çatan IV İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini vermiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə 24 may 2017-ci il tarixdə görüş keçirilib.
Unikal.org xəbər verir ki, Tədbirdə Azərbaycanın daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edərək tarix yazması, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və dəstəyi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhÂbərliyi altında keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının dövlətimizin gücünün və iqtisadi qüdrətinin növbəti tərənÂnümünə çevrilməsi xüsusi qürurla vurğulanıb.
Görüşdə IV İslam Həmrəyliyi Oyunlarında qalib komandaların dövlət bayraqlarının idman meydanlarına çıxarılması və dalğalandırılması kimi məsuliyyətli və şərəfli missiyanın məhz Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına həvalə edilməsini yüksək etimad kimi qəbul edən sərhədçilərin vəzifələrinin öhdəsindən layiqincə gəldikləri iftixarla qeyd edilib.
Mötəbər idman yarışında 162 medalla 54 ölkə arasında birinci olan Azərbaycan yığma komanÂdasının tərkibində "Sərhədçi idman klubunun üzvlərinin 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanması sərhədçilər tərəfindən ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.
Tədbirin sonunda IV İslam Həmrəyliyi Oyunlarında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş hərbi qulluqçular mükafatlandırılıblar.