Oğurluq hadisələri dünyanın demək olar ki, bütün ölkələrində baş verir. Yəni, cəmiyyətlər bu kimi cinayətlərdən sığortalanmayıb.
Unikal.org "evə daxil olan oğrunu ev yiyəsi öldürərsə, o həbs olunmaya bilərmi?-sualı ilə kriminalist və hüquqşünasa müraciət edib.
Kiçik araşdırmada hansı halda ev yiyəsi məsuliyyətdən azaddır? -sualına da cavab tapmağa çalışmışıq.
Hüquq Elmləri Doktoru, BDU-nun Professoru və "Kriminalistika və Məhkəmə
ekspertizasıkafedrasının müdiri Kamil Səlimov Unikal.org-a məsələ ilə bağlı açıqlamasında deyib ki, ev yiyəsinin cinayət məsuliyyətinə cəlb olunması və həbsi istintaqdan asılıdır: "Oğru ev yiyəsinə qarşı güc tətbiq etməyibsə, təslim olubsa, buna baxmayaraq ev yiyəsi onu öldürürsə, cinayət törətmiş olur. Təbii ki, bu zaman məsuliyyətə cəlb edilir. Oğru müqavimət göstəribsə, ev sahibi bu səbəbdən onu öldürübsə, araşdırma nəticəsində faktlar müəyyən olunur və bundan sonra müvafiq qərar verilir.


Həsən Babayev